Yanacaqdoldurma stansiyasında işçi və maşın bir anda alovlara büründü – VİDEO

01:20 08-06-2021 526

Sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsində maşın və yanında dayananan işçinin bir anda alovlara bürünməsi ilə bağlı kadrlar yayılıb.

“Haber Global”ın məlumatına görə, hadisə Səudiyyə Ərəbistanın Əl-Qasim bölgəsində yaşanıb.

Kadrlarda sürücünün və işçinin də ölümdən son anda xilas olduqları görünür. Digər işçilərin vaxtında müdaxiləsi sayəsində hadisə faciəyə çevrilməyib.

İlkin ehtimallara görə, yanğına səbəb yerə atılan siqaret olub.