Koronavirusun ən təhlükəli ştammı açıqlanıb

05:20 08-06-2021 399

Koronavirusun Delta variantı (Hindistan ştammı) Böyük Britaniyada son infeksiya dalğasına səbəb olan Alfa variantından 40 faiz daha çox yoluxucudur. Eyni zamanda, iki doza peyvənd almış insanlar SARS-CoV-2-nin istənilən təhlükəli variantından eyni dərəcədə qorunmalıdır.

Bu barədə “MedicalXpress”də qeyd olunur.

Böyük Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, Hindistan ştammı olaraq bilinən SARS-CoV-2-nin Delta variantı hazırda Britaniyada üstünlük təşkil edir.

Mütəxəssislər müəyyənləşdiriblər ki, ikiqat peyvəndləmə koronavirusun həm Alfa, həm də Delta variantına qarşı eyni qoruma təmin edir.

Tək bir doza Hindistan ştammına qarşı o qədər təsirli deyil. Britaniyanın Səhiyyə naziri Metyu Henkun sözlərinə görə, indiyə qədər xəstəxanalara müraciətlərin sayı azalıb və hər iki dozada peyvənd olunduqdan sonra COVID-19 səbəbiylə çox az insan xəstəxanaya yerləşdirilib.