Ceff Bezos kosmosa uçur: “Ən yaxşı dostumla ən böyük macəra” - VİDEO
06:20 08-06-2021 462
“Amazon” şirkətinin CEO-su Ceff Bezos 20 iyulda qardaşı ilə birlikdə “New Shepard”la kosmosa uçacaq.
Bu barədə milyarder “Instagram” hesabında yazıb:
“Beş yaşımdan bəri kosmosa uçmaq arzusunda olmuşam. İyulun 20-də bu səyahəti qardaşımla edəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra”.
Bezos bundan başqa məlumat verməyib.