ABŞ Rusiyadan təşkil olunan kiber hücumların arxasında kriminal qruplaşmaların olduğunu açıqladı

07:20 08-06-2021 367

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanı ölkəsinə qarşı haker hücumlarında ittiham edib.

Bu barədə “Axios” nəşri yazıb.

“Biz görürük ki, bu hücumlarda kriminal qruplaşmalar iştirak edir və Rusiya da daxil olmaqla istənilən ölkə bu qrupları saxlamaq və məsuliyyətə cəlb etmək üçün əlindən gələn hər şeyi etməyə borcludur”, - deyə Dövlət katibi bildirib.