Yeni “QAZel”lər Türkiyədə yığılır – FOTO

08:20 08-06-2021 495

Rusiyanın “QAZ” şirkəti “QAZel NN” yüngül kommersiya avtomobillərinin kütləvi istehsalına başlayır.

“RİA Novosti” xəbər verir ki, Türkiyənin Sakarya şəhərində yığılacaq avtomobillər “Avro 6” standartına cavab verəcək.

Şirkətdən yayılan məlumatda bildirilib ki, “QAZel NN” Rusiya şirkətinin sözügedən standarta cavab verən ilk məhsuludur.

3.5 ton çəkisi olan yeni “QAZel” 170 at gücündə mühərriklə təchiz olunacaq. Avtomobildə 6 pilləli ötürücü qutu quraşdırılacaq. “QAZel”in istehlak resursu 300 min km təşkil edəcək.