Qara daha iki il “Qarabağ”da

11:40 08-06-2021 449

“Qarabağ” daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib.

HerGun.Az xəbər verir ki, Ağdam təmsilçisi Qara Qarayevlə anlaşmanı yeniləyib.

Yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Anlaşmanın müddəti iki ildir. Qarayev “Qarabağ”ın heyətində yeddi dəfə Azərbaycan çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Ağdam klubu bunadək Maksim Medvedev, Bədəvi Hüseynov və Elvin Cəfərquliyevlə müqavilələri uzadıb.