Məşhur aktrisa: “Ətrafımdakı qadınların hamısına təcavüz edilib”

14:00 08-06-2021 638

Britaniyalı Hollivud ulduzu Kira Naytli qadınlara qarşı zorakılıqdan danışıb.

Bu barədə məşhur aktrisa “Harper's Bazaar” jurnalına müsahibəsində deyib.

Naytli bildirib ki, ətrafındakı qadınların hamısı müxtəlif dərəcədə təcavüzə məruz qalıb.

“Şəxsən mən sözün əsl mənasında, təcavüzə məruz qalmayan və ya boğazının kəsiləcəyi, üzünə yumruq vurulacağı və ya buna bənzər bir şeylə qarşılaşmayan birini tanımıram. Hamının belə təcrübəsi var”.