Fransada ermənilərin törətdiyi qətlə görə etiraz aksiyası keçirilib – FOTO

23:40 08-06-2021 463

Fransanın Sent-Etyen şəhərində üç erməni tərəfindən törətdilən qətl hadisəsinə görə etiraz aksiyası keçirilib.

Ölkə KİV-də yayılan məlumatlara görə, 28, 32 və 63 yaşlı üç erməni 26 yaşlı Yusuf adlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq öldürüb.

Mayın 28-də qeydə alınmış cinayət yerli sakinlərin gözləri önündə baş verib. Fransa hökumətinin dəstəklədiyi ermənilər burada da heç nədən çəkinməyərək, öz xislətlərindəki alçaqlıq və xainliyi üzə çıxarıb müsəlman gənci təkləyərək qətlə yetiriblər.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə irqçilik zəminində baş verib.

Bir neçə gün öncə isə afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz edərək, onların qurbanı olmuş Yusuf üçün ədalət tələb ediblər.