Şahzadə Harrinin ruhi sağlamlığı kraliyyət ailəsini narahat edir - FOTO

02:00 09-06-2021 333

Şahzadə Harrinin ruhi sağlamlığından narahat olduqları üçün kraliyyət ailəsi onu qoruyur.

Lenta.ru-nun məlumatına görə, bu barədə kraliyyət bioqrafı Ancela Levin özünün “Twitter” səhifəsində yazıb.

Levinin fikrincə, məhz bu səbəbdən kraliça Harrinin titullarını almaq və ya onunla kral ailəsi arasındakı münasibətləri pozmaq istəmir.

“Zənnimcə, Londondakı kral ailəsinin üzvləri onun ruhi sağlamlığından son dərəcə narahatdırlar və hesab edirlər ki, qapını onun üzünə çırparlarsa, nəticəsi fəlakətli ola bilər”, - deyə o, yazıb.