Manikür sənəti tarixə qovuşur - VİDEO

09:20 09-06-2021 508

ABŞ-da manikür etməyi bacaran ilk robot istifadəyə verilib.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Cihaz San-Fransiskoda yerləşən mağazaların birində quraşdırılıb.

Cihaz on dəqiqə ərzində dırnaqları boyayır. Müştəri sadəcə olaraq lakın rəngini seçir və səkkiz dollar (təxminən 13 manat) ödəyərək manikür robotun xidmətindən yararlanır.

Lakin cihaz dırnaqları kəsə və ya onlara forma verə bilmir.

Gələcəkdə manikür robotun ofislərdə və yaşayış komplekslərində quraşdırılacağı güman edilir.