Ermənistanda iki hərbi hissə komandiri barəsində araşdırma başladıldı

10:20 09-06-2021 384

Ermənistanda iki hərbi hissənin komandirləri barəsində xidməti araşdırma təyin olunub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, aparılacaq araşdırma zamanı polkovniklər – Tadevosyan və Qevorkyanın vəzifə səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.

Ermənistan müxalifəti sözügedən hərbçilərin baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı dəstəkləməkdən imtina etdikləri üçün müvafiq qərar qəbul edildiyini bildirib.