Rusiyada koronavirusa son üç ayın ən yüksək yoluxma göstəricisi qeydə alındı

19:00 09-06-2021 334

Rusiyada koronavirusa yoluxma sayında yenidən artım müşahidə olunur.

Bu barədə TASS yazıb.

Belə ki, son sutka ərzində ölkədə koronavirusa 10470 yeni yoluxma qeydə alınıb. Bu, martın 7-dən indiyə qədər qeydə alınmış ən yuxarı göstərici olub.

Qonşu ölkədə yoluxanların ümumi sayı 5 156 250-ə çatıb.