Bakı Limanının Baş direktoru 5-ci İllik Transxəzər Forumunda iştirak edib

22:00 09-06-2021 24

Bakı Limanının Baş direktoru Taleh Ziyadov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda iştirak edib. 
 
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center)  tərəfindən təşkil edilən V Transxəzər Forumunun “Transxəzər Bağlantı və İnfrastruktur İnkişaf” adlı panel müzakirəsində çıxış edib. Çıxışçılar sırasında Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev, Özbəkistan Repsublikasının Maliyyə nazirinin müavini Odilbek İsakov və digərlərinin olduğu paneldə, Baş direktor Taleh Ziyadov qeyd edib ki, Bakı Limanı ərazisində gübrə terminalının tikintisinə başlanılacaqdır və 2022-ci ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu investisya qərarının verilməsinə səbəb, Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınması təmin etməkdən ibarətdir. Beləki,  Orta Asiyada - Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi təbii ehtiyyatlarla zəngin ölkələrdə karbamid, kükürd və s gübrələrin illik istehsal gücü 6,6 milyon tondan çoxdur.

2018-2020-ci illər aralığında Orta Asiyadan, xüsusilə də Türkmənistandan Bakı Limanı vasitəsiylə daşınan gübrə məhsulunun həcmi 48 339 tondan, 630 000 tona qədər artıb ki, bu da 13 dəfədən çox artım deməkdir. Bakı Limanın yeni gübrə terminalı ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq.

Eyini zamanda limanın məqsdələri barədə danışan Baş direktor "Həm yaşıl, həm də rəqəmsal bir tədarük zənciri yaratmalıyıq - bu, növbəti on ildə qarşımızda duran əsas vəzifədir. Düşünürəm ki, bu, Amerika biznesinin də böyük rol oynaya biləcəyi sahələrdən biridir"- deyə bildirib. Şərq-qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşən Xəzər dənizinin böyük potensialının olduğunu vurğulayan Taleh Ziyadov qeyd edib ki, hazırda Bakı Limanının  yükaşırma imkanı 100 000 TEU konteyner olmaqla illlik 15 milyon tondur ki, ehtiyac yarandığı təqdirdə limanın ikinci fazasının inşası ilə bu göstərici 500 000 TEU konteyner olmaqla illik 25 milyon tondan ibarət olacaq. Bakı Limanının əldə etdiyi uğurlar barədə də məlumat verən Baş direktor bildirib ki, limanın yük aşırma göstəricisi hər il artmaqdadır. Beləki, 2020-ci ildə Bakı Limanıda 4.8 milyon tondan çox yük aşırılıb ki, bu da 2019-cu illə müqayisədə 20% lik artım deməkdir. Bu ilin birinci rübündə isə ümumi yükaşırma göstəricisi 1.4 milyon tondan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 % lik artım deməkdir.