Çavuşoğlu: “ABŞ bizimlə Qafqazda əməkdaşlıq etmək arzusundadır”

23:20 09-06-2021 302

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalında güdəmə aid bir sıra sualları cavablandırıb.

O qeyd edib ki, ABŞ Türkiyə ilə bir çox bölgələrdə, o cümlədən də Qafqazda əməkdaşlıq etməkdə maraqlıdır.

“ABŞ-ın sadəcə Liviya və Suriya məsələlərində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqazadək bir çox regionda bizimlə əməkdaşlıq etmək arzusunda olduğunu görürük”, - deyə nazir bəyan edib.

Çavuşoğlu Rusiyadan əldə olunan S400 raket kompleksləri səbəbindən ABŞ-ın narazılığına dair də fikir bildirib. XİN rəhbəri bu işlərin bir tərəfin təkidilə həll olunmadığını, Qərbin təminat verəcəyi təqdirdə eyni tipli silahların onlardan da alınacağını qeyd edib.