İngiltərədə elektron tullantılardan G7 liderlərinin heykəlləri hazırlanıb

07:00 10-06-2021 582

İngiltərənin cənubundakı Kornuol qraflığında G7 liderlərinin heykəli ucaldılıb.

BBC xəbər verir ki, abidə sıradan çıxmış elektron cihazlardan hazırlanıb.

Heykəl iyunun 11-13-də qraflıqda baş tutacaq “Böyük yeddilik” ölkələrinin sammiti münasibətilə yaradılıb.

O, ABŞ-ın Cənubi Dakota ştatındakı Raşmor şəhərində nəhəng qaya üzərində həkk olunmuş ABŞ prezidentləri Avraam Linkoln, Corc Vaşinqton, Teodor Ruzvelt və Tomas Ceffersonun təsvirləri üslübunda işlənib. Burada Britaniya Baş naziri Boris Conson, onun yapon, italiyalı, alman və kanadalı həmkarları Yosihide Suqa, Mario Draqi, Angela Merkel və Castin Trüdo, eləcə də Fransa və ABŞ prezidentləri Emmanuel Makronla Co Bayden əks olunub.    

Abidənin müəllifi Co Raş bildirib ki, onun əsəri liderlərin elektron tullantılar məsələsinə daha böyük diqqət yetirmələri üçün çağırışdır.

Qeyd edək ki, BMT-nin hesabatına əsasən, 2019-cu ildə dünya üzrə 53 milyon ton elektron tullantı qeydə alınıb ki, bu da 5 il öncəkindən 9 milyon ton çoxdur.