Daha bir erməni şahmatçı Ermənistanı ABŞ-a dəyişdi

12:20 10-06-2021 421

Erməni qrossmeyster Vladimir Akopyan ABŞ bayrağı altında mübarizə aparacaq.

“Sputnik Ermənistan” xəbər verir ki, FİDE-nin reytinqində Akopyan artıq amerikalı şahmatçı kimi qeyd edilir.

Daha əvvəl ermənilərin şahmatda lider hesab etdikləri Levon Aronyan da Ermənistandan çıxaraq ABŞ komandasına qoşulacağını bildirib.

Şahmatçı bunu Ermənistanda dövlət qayğısının olmaması ilə əsaslandırıb.