Çimərliklərin açılması ilə bağlı nazirlikdən əhaliyə MÜRACİƏT - VİDEO

13:20 10-06-2021 358

Fövqəladə Hallar Nazirliyi çimərliklərin açılması ilə bağlı bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsi üçün əhaliyə müraciət edib.

Nazirliyin müraciətində bildirilir ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə aşağıda qeyd edilənlərə əməl olunmalıdır:

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 metr, çətirlərin oxları arasındakı minimal məsafə 4 metr olmalıdır;

- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir;

- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir.

Nazirlik əlavə olaraq qadağaları da açıqlayıb:

- nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.