Bir ildən çoxdur bağlı qalan ibadət yerləri açıldı: Əjdərbəy məscidindən FOTOREPORTAJ

15:40 10-06-2021 349

Bu gündən etibarən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq, dini ibadət yerlərində eyni vaxtda 50 nəfərdən çox olmamaq şərtilə ibadətlər təşkil edilməlidir.

HerGun.Az-ın əməkdaşları bu gün Əjdərbəy məscidinə baş çəkiblər.

Məscidin girişində ibadət üçün gələn şəxslərin temperaturu və COVID-19 pasportu yoxlanır. Məsciddə sosial məsafə saxlanılır və içəri maskasız daxil olmaq qadağandır. 

Qeyd edək ki, yalnız COVID-19 pasportuna malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir.

İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

Məscid və digər ibadət yerlərinə gələn şəxslər:

- Mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər;
İbadət yerində olarkən onların arasındakı məsafə dörd bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalıdır;

- Məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər;

- İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

FOTO: Firidun Səlimov