Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

21:40 10-06-2021 439

Türkiyədə son 24 saat ərzində 223 320 nəfərin COVID-19 testi yoxlanılıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 6408 nəfər təşkil edib.

Son sutka ərzində 96 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 6895 nəfərə çatdığı bildirilib.

Hazırda Türkiyə xəstəxanalarında 1009 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.