Avstraliyada son 17 ildə ən soyuq gün: Qar yağdı - FOTO

00:00 11-06-2021 420

Avstraliyada son 17 ildə ən soyuq gün (+10 dərəcə) qeydə alınıb.

“Reuters” xəbər verir ki, ölkənin Cənub-Şərq hissəsi daşqından zərər çəkib, bəzi regionlara qar yağıb.

Viktoriya ştatında şiddətli yağış səbəbiylə təxminən 200 min adam işıqsız qalıb. Ərazidə güclü külək ağacları aşırıb, yolları su basıb və insanlar su basan maşınlarda və evlərdə qalıblar.

Eyni zamanda qonşu Nyu Sous Uels əyaləti qarla örtülüb, havanın temperaturu kəskin düşüb.

Səlahiyyətli orqanlar 26 000 sakini təxliyyə etməyə çağırıb.