Salma Hayek dekolteli geyimi ilə göz qamaşdırdı - FOTO

03:20 11-06-2021 1022

Meksika əsilli amerikalı aktrisa Salma Hayek “InStyle” jurnalı üçün fotosessiyada iştirak edib.

Bu barədə kadrları o, özünün “Instagram” hesabında paylaşıb.

Sosial şəbəkə istifadəçiləri ulduzun xarici görünüşünü yüksək qiymətləndiriblər.

“Hər zamankı kimi gözəl! Həm xaricdən, həm daxildən”, “Arzularımın qadını”, “Sən bu planetin ən gözəl qadını olaraq qalırsan”, “Səni sevirik”, - kimi şərhlərlə pərəstişkarları öz heyranlıqlarını bildiriblər.