RAGB ilə Rusiyanın Gənclərin İşləri üzrə Federal Agentliyi arasında görüş keçirilib - FOTO

15:20 11-06-2021 407

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə Rusiyanın Gənclərin İşləri üzrə Federal Agentliyi (GİFA) arasında görüş keçirilib.
 
İyunun 10-da keçirilən görüşdə GIFA-nın Gənclər Layihələri və Proqramları şöbəsinin müdiri Valeri Savelyev Federal Agentliyin təşkil etdiyi “Tavrida”, “Altay”, “Biryusa” kimi böyük forumlar barədə bəhs edib, RAGB nümayəndələrini qeyd edilən forumlarda iştirak etməyə dəvət edib.
 
GİFA Gənclər Layihələri və Proqramları Departamentinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Valeriya Çernoqorodova isə “Rusiya - imkanlar ölkəsi” layihəsi barədə geniş təqdimatla çıxış edib.

RAGB-in məsul katibi Ceyhun Hüseynov iclas iştirakçılarını təşkilatın sədri Leyla Əliyevanın adından salamlayaraq, təşkilatın fəaliyyətindən və birgə layihələrin həyata keçirilməsindən danışıb, RAGB sədri Leyla Əliyevanın təbiətin qorunmasına xüsusi diqqət yetirdiyini vurğulayaq, təşkilatın bu məzmunlu tədbirlərə önəm verdiyini qeyd edib.

RAGB layihə koordinatoru Ramin Rəcəbov isə çıxışı zamanı RAGB-in Rusiya Federasiyasının təsis qurumlarındakı fəaliyyətlərindən, həyata keçirilən layihələrdən danışıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.