Ermənilərdən növbəti oğurluq: Marukyan iqtidara gəlmək üçün “Castin Trüdo” oldu - VİDEO

15:40 11-06-2021 28

“Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan seçki kampaniyası ilə bağlı hazırlatdığı yeni çarxla qalmaqal yaradıb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Belə ki, E.Marukyanın hazırlatdığı çarx oğurluq olub. Görüntüləri diqqətlə araşdırdıqda videonun Kanadanın Baş naziri Castin Trüdonun seçki kampaniyası çərçivəsində hazırlatdığı video ilə eyni olduğu üzə çıxıb.

Erməni “siyasətçi” və komandası növbəti dəfə erməni oğurluqlarından birinə nümunə olmaqla yanaşı, eyni zamanda ölkədəki bütün siyasi qüvvələrin əsl mahiyyətini ortaya qoyub.