Pakistanda eks nazir deputatı canlı yayımda döydü - VİDEO

03:20 12-06-2021 382

Pakistanda bir müddət İnformasiya və Yayım naziri vəzifəsində çalışan və 2 noyabr 2020-ci ildən bəri Pəncab əyaləti baş nazirinin Məlumat və Mədəniyyət üzrə xüsusi köməkçisi olan Firdous Aşiq Avan yerli televiziya proqramına qatılıb.

Sondakika.com xəbər verir ki, onunla proqramda iştirak edən Pakistan Xalq Partiyasının deputatı Qadir Mandokhel arasında mübahisə düşüb.

Avan onu korrupsiyada günahlandıran millət vəkilinə əsəbiləşib və canlı yayımda millət vəkilinə yumruq vurub.

Avan sonradan açıqlama verərək deputatın onu və mərhum atasını təhqir etdiyini deyib.