Goranboyda yol qəzası - ölən və yaralananlar var
00:00 13-08-2019 375
Goranboyda ağır yol qəzası baş verib.
HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.
Qəza zamanı sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.