Daha öncə dəfələrlə cərimələnən ət satışı məntəqələri yenə də qanunsuz fəaliyyət göstərir

12:40 15-07-2021 467

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə qarşı növbəti reydlər keçirilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) HerGun.Az-a verilən məlumata əsasən, Yasamal rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən beş heyvan kəsimi və ət satışı məntəqəsində qanunsuz fəaliyyət aşkarlanıb. 

Bildirilib ki, dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlar qanunsuz fəaliyyətlərini davam etdiriblər.

Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırıb.