Korotçenko: “Ermənilər yenidən Azərbaycanın sərhədində və Qarabağ bölgəsində təxribatlar törədirlər”

14:00 15-07-2021 466

“Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın olmanın və məğlubiyyətin şokundan tədricən ayılır və yenidən Azərbaycanla sərhəddə müxtəlif hərbi təxribatlara başlayır”.

Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında bildirib.

O, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı qruplarının da təxribatlar təşkil etməyə başladığını deyərək, bunun təsadüf olmadığını vurğulayıb:

“Erməni hərbçiləri eyni səhvi təkrarlamağın onlar üçün nə ilə nəticələnəcəyini başa düşürlərmi? Axı niyə yenidən eyni səhvi edəsən? Nə mənası var?”, - deyə Korotçenko sözlərini yekunlaşdırıb.