“Real” pandemiyaya görə 300 milyon avro itirdi

15:00 15-07-2021 23

Madrid “Real”ı pandemiyaya görə 300 milyon avro itirib.

Bu barədə klubun 2020-2021 mövsümü üçün maliyyə hesabatında qeyd olunub.

Bununla belə görülmüş tədbir nəticəsində “kral klubu” öz maliyyə göstəricilərini ötən illə müqayisədə yaxşılaşdırıb. Belə ki, ötən il “Real” 313, bu il isə 874 min avro gəlir əldə edib.

Bu il ərzində “kral klubu” maaşları 58 milyon avro, əməliyyat xərclərini 62 milyon avro azaldıb, həmçinin futbolçu satışlarından 175 milyon avro qazanıb.