Türkiyədə anidən yaranan hava burulğanı görənləri qorxutdu – VİDEO

20:00 15-07-2021 17

Türkiyənin Sivas bölgəsində qeyri-adi hadisə baş verib.

İnşaat işlərinin aparıldığı bir məkanda anidən hava burulğanı meydana gəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata əsasən, tikintidə çalışan işçilər qəfil ortaya çıxan burulğandan qorxduğu zaman, onlardan biri özünü itirməyərək, baş verənləri mobil telefonu vasitəsilə qeydə alıb.