Dünyanın ən qədim mikrobları aşkar edilib

08:20 16-07-2021 311

Boloniya Universiteti alimlərinin rəhbərlik etdiyi beynəlxalq araşdırmaçılar qrupu indiyədək məlum olan ən qədim mikrobların daşlaşmış qalıqlarını aşkar edib.

Bu barədə “National Geographic” məlumat yayıb.

Canlı orqanizmlərin izlərinin Afrikadakı Barberton zolağında, Svazilendin Mozambiklə sərhədi yaxınlığında tapıldığı qeyd edilib.

Mikrobların 3,42 milyard il öncə dəniz dibində, hidrotermal sistemdə yaşadığı bildirilib.