Bakı-Naxçıvan avtobusunun bilet qiymətləri AÇIQLANDI

16:20 16-07-2021 23

Bakı-Naxçıvan-Bakı marşrutu ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar  üçün isə 50 faiz güzəşt olmaqla 15 manat təşkil edir.

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn gediş bileti sifariş edə bilərsiniz.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin nəzərinə çatdırılır ki, gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.