Ağdaşda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb – FOTO

22:00 16-07-2021 19

Ağdaş Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında  karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki,  “Ağ saray” və “Samirə” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.  Həmin obyektlərin icarədarları Məmməd Sadıqov ( “Samirə” şadlıq sarayı ) və Səbuhi Mustafayev ( “Ağ saray”  şadlıq sarayı ) inzibati məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Ağdaş şəhərində yerləşən “Ay işığı” şadlıq evində qeydə alınıb. Belə ki, icarədar Telman Yusubovun keçirilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməməsi aşkarlanıb.  Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.