Afrikada minlərlə doza vaksin məhv edildi

03:40 17-07-2021 364

Afrika qitəsinin 9 ölkəsində peyvəndlərin son istifadə tarixinin yaxınlaşması səbəbindən minlərlə doza məhv edilib.

“Anadolu” agentliyi məlumat verir ki, bu barədə təşkilatının Afrika İmmunitet Proqramının direktoru Riçard Mihiqo bildirib.

Mihiqo qeyd edib ki, ümumilikdə 450 min doza peyvəndin məhv edilib və peyvəndlər gec göndərildiyi üçün onların istifadə tarixinin bitməsinə az qalıb.

Buna görə, qitə ölkələri vaksinasiyanı axtında tamamlaya bilməyəcəklər.

O peyvəndlərin boşa getməməsi üçün ölkələri bütün hazırlıqlarını əvvəlcədən tamamlamağa çağırıb.

Peyvəndləri məhv edən ölkələr arasında Mavritaniya, Liberiya, Qambiya, Cənubi Sudan, Sierra Leone, Malavi, Komorlar Adaları, Qvineya və Konqo Demokratik Respublikası yer alır.

İndiyə qədər təqribən 70 milyon doza peyvəndin çatdırıldığı qitədə 50 milyondan çox vaksin vurulub.

Qitədə yoluxmuş xəstələrin sayı 6 milyonu, həyatını itirənlərin sayı 155 mini keçib.