Koronavirsdan sonra yaranan fəsadlar açıqlandı

04:40 17-07-2021 336

COVID-19 xəstəxanasına yerləşdirilən xəstələrin təxminən yarısı ciddi ağırlaşmalara malikdir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə elm adamlarının araşdırmaları “Lancet” jurnalında dərc olunub.

Bildirilir ki, fəsadlar 60 yaşdan yuxarı insanlarda və müxtəlif yaş qrupunda olan kişilərdə müşahidə olunur. Onların arasında əvvəllər tam sağlamları da olub.

Xəstələrdə əsasən böyrək, mürəkkəb respirator, ürək-damar və sistem xəstəlikləri, həmçinin mədə-bağırsaq traktında və qaraciyərdə problemlər yaranıb.

Ən çox görülən diaqnozlar kəskin böyrək zədələnməsi, kəskin respirator disstrecc sindromu, qaraciyər zədələnməsi, anemiya və ürək aritmiyasıdır.

Həmçinin pasiyentlərin bir çoxu xəstəxanadan çıxdıqdan sonra sağlamlığının pisləşməsindən şikayət edib. Elm adamları onlardan bəzilərinin infeksiyanın uzunmüddətli təsirləri ilə qarşılaşacaqları barədə xəbərdarlıq edib.

19-49 yaş kişilərin 39 faizində, 50 və daha çox yaşı olanların 51 faizində fəsadlar inkişaf edib.

Bundan başqa 27 faiz xəstə xəstəxanadan çıxdıqdan sonra özlərinə qayğı göstərmək qabiliyyətinin azaldığını söyləyiblər.