ABŞ-da ilk dəfə olaraq qadın dəniz piyadalarında xidmətə qəbul edilib

08:00 17-07-2021 318

ABŞ tarixində ilk dəfə qadın “Dəniz pişikləri” xüsusi təyinatlıların sırasında xidmətə qəbul edilib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Qadının adı təhlükəsizlik səbəbi ilə ictimailəşdirilmir.

Onun imtahandan uğurla keçərək döyüş gəmisi operatoru vəzifəsinə təyinat aldığı qeyd olunur.

Məlumat üçün qeyd edək ki, “Dəniz pişikləri” ABŞ-da dəniz terrorizmi ilə mübarizə və ölkənin dəniz sərhədlərini mühafizə edir.

Bu xüsusi təyinatlılar həmçinin kəşfiyyat, diversiya və girovları qurtarmaq əməliyyatlarının icrasına cəlb edilirlər.