Füzuli rayon sakini prokurorluğa məmnunluğunu ifadə etdi - VİDEO

13:20 17-07-2021 497

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli Rayon Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunur.