Millimizin sabiq müdafiəçisi “Qəbələ”nin məşqçisi oldu

14:20 17-07-2021 40

“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

Klubun rəsmi saytından verilən məlumata görə, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib.

Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, bir qol vurub. O, çempionatda 32 (bir qol), kubokda dörd, UEFA Avropa Liqasında üç görüşdə iştirak edib.

Qeyd edək ki, Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.