Ukraynada helikopter qəzaya düşdü - FOTO

15:40 17-07-2021 371

Ukraynanın Nikolayev vilayətində “Mi-2” helikopterinin qəzaya uğrayaraq yanması nəticəsində iki nəfər həlak olub.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Yerli kənd təsərrüfatı müəssisəsinə məxsus helikopter səhər saatlarında Zaytsevo kəndi yaxınlığındakı tarlaya düşərək alışıb.

Pilot və köməkçisi həlak olub.

Hadisənin baş vermə səbəbi barədə məlumat verilmir.