15 yaşlı oğlan dənizdə batdı

17:40 17-07-2021 320

Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə (“Xaçmaz” sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, qeyri-çimərlik ərazi) bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur.

Hazırda axtarış tədbirləri həyata keçirilir.