FHN: “Alov qüllələri” kompleksinin 23-cü mərtəbəsində şərti yanğın söndürülüb - FOTO/VİDEO

19:00 17-07-2021 304

17 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirib.

HerGun.Az xəbər verir ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin çoxmərtəbəli binalarda baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Şərti iki saylı çağırışla keçirilən təlim zamanı FHN DYMX-nin Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən yuxarı mərtəbələrdə “köməksiz vəziyyətdə qalan insanların xüsusi vasitələrdən istifadə edilməklə xilas olunması”, 23-cü mərtəbədə baş vermiş şərti yanğının söndürülməsi prosesi həyata keçirilib.

Sonda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi, daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə təlim prosesində əməkdaşların “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.