Olivye Jiru “Milan”a keçdi

20:40 17-07-2021 18

İngiltərənin “Çelsi” futbol klubunun hücumçusu Olivye Jiru İtaliyanın “Milan” komandasına keçib.

Championat.com bu barədə İtaliya klubunun mətbuat ofisinə istinadən xəbər yayıb.

Futbolçunun “Milan”la müqaviləsinin müddəti açıqlanmayıb. O, İtaliya komandasında 9 nömrəli forma geyinəcək.

Xatırladaq ki, Jiru 2018-ci ilin qışında “Arsenal”dan 17 milyon avroya “Çelsi”yə keçib. O, “aristokratlar”ın heyətində 39 qolla və 14 məhsuldar ötürmə ilə 119 görüş keçirib.

2011-ci ildən Jiru Fransa milli komandasına çağırılır. Hücumçu 2018-ci ildə milli komandanın tərkibində dünya çempionu olub.

“Milan” 38 matçda 79 xal toplayıb və 2020/2021 mövsümü üçün İtaliya çempionatı sıralamasında ikinci olub. Milanın “İnter” komandası 91 xalla ölkə çempionluğunu qazanıb.