Holand: “Onun komandamızdan ayrılmasına görə kədərliyəm”

08:40 18-07-2021 27

Dortmund “Borussiya”sının və Norveç millisinin hücumçusu Erlinq Holand komanda yoldaşı Ceydon Sançonun “Mançester Yunayted” klubuna keçidinə görə məyus olduğunu gizlətməyib.

20 yaşlı futbolçunun fikirlərini “Sport Bible” dərc edib.

“Əlbəttə ki, onun komandamızdan ayrılmasına görə kədərlənirəm, amma bu futboldur. İdmanın bu növündə bir müddət sonra nə olacağını bilmirsən. Ceydonla mən bir-birimizi yaxşı başa düşürdük. O, yüksək səviyyəli oyunçudur”, - deyə istedadlı hücumçu vurğulayıb.