Dünya üzrə vurulan COVID peyvəndlərin həcmi 3,6 milyard dozanı ötüb

22:20 18-07-2021 298

Dünya miqyasında koronavirusa qarşı vurulan vaksinlərin həcmi 3 milyard 630 millyon dozanı ötüb.

Bu barədə “Ourworldindata” resursu məlumat yayıb.

Məlumata görə, ən çox peyvənd 1,45 milyard doza olmaqla Çində vurulub.

Əhali nisbətinə görə, vaksinasiyanın ən geniş yayıldığı ölkə isə BƏƏ-dir. Burada hər 100 nəfərə 163,23 doza peyvənd düşür.