Çində meymun virusundan ilk insan ölümü qeydə alınıb

23:20 18-07-2021 22

Çində 53 yaşlı baytar həkimi meymundan keçən BV virusu nəticəsində ölüb.

NTV xəbər verir ki, hadisə hələ mayın 27-də baş versə də, baytarın ölüm səbəbi yalnız indi təsdiq olunub.

Həkimin son aylarda meymun cəsədləri üzərində araşdırmalar apardığı bildirilib. Onun məhz bu zaman virusa yoluxduğu güman edilir.

Qeyd edək ki, bu, meymun virusundan ilk insan ölümü faktıdır. Virusun ölüm nisbəti 70-80%-dir. Lakin onun keçiciliyi və yayılma sürəti elə də yüksək deyil.