Keniyada partlayış: 13 ölü, 11 yaralı – VİDEO

02:40 19-07-2021 21

Keniyada avtosisternin partlaması ciddi insan tələfatına səbəb olub.

Bu barədə yerli “The Standard” nəşri məlumat verib.

Məlumata əsasən, benzin daşıyan avtosistern süd maşını ilə toqquşub.

Qəzanın şahidləri tərəfindən benzin çənindən yanacaq götürməyə cəhd edildikdə partlayış baş verib. Nəticədə yaxınlıqda olan 13 nəfər ölüb, 11 nəfərsə xəsarət alıb.