Komitədən anası və sevgilisi tərəfindən işgəncələr görən azyaşlı ilə bağlı AÇIQLAMA - FOTO

12:20 19-07-2021 333

“Azərbaycanda anası və sevgilisi tərəfindən zorakılığa məruz qalan beş yaşlı uşağın vəziyyəti yaxşıya doğru gedir”.
 
Bunu HerGun.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
 
O qeyd edib ki, məsələ komitənin nəzarətindədir:

“Digər məsələlərlə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Hazırda azyaşlının müalicəsi xəstəxanada davam etdirilir”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kamran Tağıyevlə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək qadının doğma oğlu Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə işgəncələr veriblər.
 
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə iş Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
 
Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla istintaqa cəlb edilib.

İlhamə Əbülfət