Şamaxıda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib - FOTO/VIDEO

17:20 19-07-2021 324

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirləri çərçivəsində qayda pozuntuları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni məlumatların portalda qeydiyyatdan keçirilməməsi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.

Obyektlərin sahibləri - Vüqar Allahverdiyev (“Turist” restoranının sahibi) və Ömər Yusifov (“Çinar” restoranın sahibi) barəsində protokol tərtib olunub və onların hər biri dörd min manat məbləğində cərimələnib.

Toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.