Göygöldə baş verən qəzada bir ailənin üç üzvü xəsarət aldı

18:40 19-07-2021 467

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Qasımova Mahirə Qələndər qızı, 2007-ci il təvəllüdlü Qasımova Nuray Elsevər qızı və 2009-cu il təvəllüdlü Qasımova Fidan Elsəvər qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.