Eskobar adlı ermənin bağ evinin altında yeraltı həbsxana aşkarlanıb - FOTO/VİDEO

19:20 19-07-2021 18

Rusiyanın Leninqrad vilayətində tərk edilmiş qəsəbədə yeraltı həbsxana və krematori tapılıb.

“47news” xəbər verir ki, əraziyə bağ evi görüntüsü verilib.

Həbsxanada təhlükəsizlik məntəqəsi, barmaqlıq, dayanacaq var və kameralar xüsusi həbsxana kilidləri ilə bağlanıb. Giriş adi qaraj qapılarına bənzədilib. Oradan həbsxanaya keçid hidravlik tənzimlənən beton plitə ilə açılır.

Araşdırmalara görə, bağ evinin sonuncu sahibi Mkrtçyan adlı eməni olub, lakin o, soy adını Eskobara dəyişib.