Misirdə turistlər üçün koronavirus məhdudiyyətləri yumşaldılır

20:20 19-07-2021 22

Misirdə koronavirusa görə tətbiq olunan məhdudiyyətlər ləğv edilir.

Bu barədə ATOR məlumat yayıb.

Bidirilir ki, 16 aydan sonra Turizm nazirliyi həmçinin otel komplekslərində yerləşən teatrların, konsert salonlarının, əyləncə parklarının, kazinoların, gecə klublarının və diskotekaların yenidən açılmasına icazə verib.

Diskolar və gecə klubları gecə saat 2-yə qədər açıq olacaq. Eyni zamanda, restoranlarda, kafelərdə və digər ictimai yerlərdə qəlyan verilmə qadağası qalır.